Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Gömrükçülər əl yükündə 74500 ədəd aksiz markası aşkarladı

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları əl yükündə 74500 ədəd aksiz markası aşkarlayıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı qanunvericiliyə uyğun olaraq şifahi sorğu-sual edilib.

Sorğu-sual zamanı həmin şəxs ona məxsus əl yüklərində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin rentgen aparatından keçirilən əl yüklərində şübhəli cizgilər müəyyən olunub.

Əl yükündə aparılan yoxlama zamanı gömrük orqanlarına bəyan olunmayan 74500 ədəd aksiz markası aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.