Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Gömrük nəzarətindən gizlədilən xeyli miqdarda siqaret aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "VAZ- 2106" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda ön panelin iç hissəsində 1920 ədəd "King Nano Charge 4", 400 ədəd "King Nano Charge 1" və 100 ədəd "King Compact" markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.