Mirzayev&Partners
    20 Avqust
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Güllə atıcılığı üzrə DİN birinciliyinin qalibləri mükafatlandırıldı

Avqustun 8-dən 10-dək güllə atıcılığı üzrə Daxili İşlər Nazirliyi (DİN) birinciliyi keçirilib.

DİN-dən e-huquq.az-a verilən məlumata görə, nazirliyin Atıcılıq tirində keçirilən yarışın əvvəlində DİN İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov çıxış edərək ümummilli lider Heydər Əliyevin qətiyyəti nəticəsində dövlətçiliyin qorunub saxlanması, sabitliyin bərqərar olmasında hüquq mühafizə orqanlarının xidmətlərini vurğulayaraq, diqqətə çatdırıb ki, Azərbaycan Polisinin xalqa sədaqətlə xidmət etməsi, öz vəzifələrini daim ləyaqətlə yerinə yetirməsinin nəticəsi olaraq hazırda ölkəmiz regionda, həmçinin Şərqi Avropada cinayətlərin sayının azlığı, sabitliyin etibarlı təmini baxımından ən yaxşı göstəriciyə malik dövlətlərdəndir.

İdman təlimi bölməsinin rəisi, polis polkovnik-leytenantı Mülayim Xıdırov “Polis haqqında” və “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı tədbir iştirakçılarına məlumat verərək, qanunvericilikdən irəli gələn tələblər barədə onları məlumatlandırıb, yarışın qaydaları və təhlükəsizlik tədbirlərini izah edib.

Daha sonra yarışa start verilib.

Ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 11 komandadan 80 əməkdaş müxtəlif hərəkətlər üzrə sərrastlıqlarını sınayıblar.

Gərgin keçən yarışlarda iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda birinciliyində ilk üçlükdə Baş Dövlət Yol Polisi, Əlahiddə Çevik Polis Alayı və DİN Daxili Qoşunlarının Baş İdarəsinin komandaları qərarlaşıb.

Yarışın proqramına daxil olan tabel silahından atəş açmaqda birinci xüsusi tapşırığın yerinə yetirilməsində qadınlar arasında BDYPİ-nin əməkdaşı Fəqanə Kərimova fərqlənib, bu nəticə ilə o, 6-cı dəfə DİN birinciliyinin qalibi olub. 

İkinci xüsusi tapşırığın yerinə yetirilməsində ƏÇPA-nın əməkdaşı Kəmalə Məhəddinova daha çox xal toplaya bilib.

BDYPİ-nin təmsilçisi Elməddin Əliyev də birinci və üçüncü tapşırıqları müvəffəqiyyətlə yerinə yetirərək fəxri kürsünün ilk pilləsinə qalxıb. Kişilər arasında altıncı xüsusi tapşırığın yerinə yetirilməsində BDYPİ-nin əməkdaşı Pərviz Tağıyev ən yüksək nəticəni göstərərib. Kişilər arasında keçirilən avtomatdan hədəfi nişan almaqda BDYPİ-nin daha bir əməkdaşı Xaləddin Zeynalov da rəqiblərini önləyərək bu yarışda qələbə qazanıb.

Yarışın idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov, Seymur Qurbanbəyov, Ehtiram Babayev, polis mayoru Aydın Həşimov və Dəyanət Ağayev iştirak ediblər.

Sonda qaliblərə medallar, diplomlar, “Fəxri fərman”lar və qiymətli hədiyyələr təqdim olunub.