Mirzayev&Partners
    19 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

General Səməd bəy Mehmandarovun doğum gününə həsr olunmuş tədbir keçirildi - Foto

"N" saylı hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun doğum gününə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, anım mərasimində çıxış edənlər Səməd bəy Mehmandarovun şərəfli həyat və döyüş yolundan danışıb, dövrünün görkəmli şəxsiyyətlərindən biri, eləcə də tanınmış hərb xadimi kimi Azərbaycan xalqı üçün xidmətlərindən bəhs ediblər.

Çıxışlardan sonra tədbir iştirakçıları Səməd bəy Mehmandarovun həyat və fəaliyyətindən bəhs edən videoçarx izləyiblər. Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən hazırlanmış hərbi vətənpərvərlik mahnılarından ibarət konsert proqramı ilə başa çatıb.