Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Güclü küləyin fəsadı: ağac aşaraq elektrik xətlərini sıradan çıxardı

Lənkəran şəhərində güclü külək səbəbindən binalardan 3-ü işıqsız qalıb.

Axeber.az APA-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında Lənkəran şəhərində "1-ci mikrorayon" kimi tanınan ərazidə baş verib. Belə ki, Zərifə Əliyeva küçəsi 78/18 ünvanında yerləşən binanın qarşısındakı iri gövdəli çinar ağacı güclü külək səbəbindən aşıb. Oradan keçən 2 işıq dirəyinə ziyan dəyib və elektrik xətləri sıradan çıxıb. Nəticədə həmin küçədə yerləşən 18, 19 və 22 saylı binalar işıqsız qalıb.

Hazırda ərazidə fəsadın aradan qaldırılması üçün "Azərişıq" ASC-nin əməkdaşları tərəfindən müvafiq işlər görülür.