Mirzayev&Partners
    26 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

""Millət vəkili" ifadəsi məhkəmədə hüquqları müdafiə edən vəkillə fərqlənir" - Fazil Mustafa

“Azərbaycanda deputatların “millət vəkili” adlandırılmasında bir qəbahət görmürəm”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Vəkillər Kollegiyasının sədri Anar Bağırovun fikirlərinə münasibət bildirərkən deyib. O bildirib ki, bu ifadə rəsmi olaraq qeydə alınmasa da, cəmiyyət arasında istifadə olunması normal haldır.

“Doğrudur, millət vəkili qanunla deputat adlandırılmalıdır. Qanunvericilikdə “millət vəkili” ifadəsi yoxdur. Lakin əhali arasında bu işlənir və hesab edirəm ki, burda bir qəbahət yoxdur. Burada daha çox Türkiyədən alınan danışıq ifadəsi yer alıb. Çünki Türkiyədə vəkil “avukat” adlandırılır. Millət vəkili bizdə məhkəmədə hüquqları müdafiə edən vəkillə fərqləndirici bir ifadədir. Fikrimcə, onunla qarışmır. Hər halda rəsmi ifadə deyil. Türkiyədə “millət vəkili” ifadəsi olduğuna görə bizdə də bu ifadə işlədilir. Hər hansı bir şəkildə mahiyyətdən kənara çıxış olmamalıdır. Bütövlükdə isə qanunda iki ifadə var: deputat və yaxud milli məclisin üzvü” – deyə  F.Mustafa qeyd edib.

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov deputatların “millət vəkili” adlandırılmasına etiraz edib. O bildirib ki, qanunvericiliyə görə, istisnasız və müstəsna olaraq yalnız Vəkillər Kollegiyasının üzvləri vəkil adlanır, bu ad yalnız onlara aiddir.