Mirzayev&Partners
    26 Fevral
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti sabah başa çatır.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu barədə qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 30-dək qəbul edilməlidir.

Yanvarın 30-da, həmçinin seçki bülletenlərinin hazırlanması müddəti də başa çatır.