Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Ermənistanın sabiq Maliyyə naziri həbs edildi

Ermənistanın sabiq Maliyyə naziri həbs edilib. 

E-huquq.az-ın xəbərinə görə, bu ilin fevralın 2-də başladılan cinayət işi çərçivəsində Ermənistanın Milli Təhlükəsizlik Xidməti sabiq Maliyyə naziri, Dövlət Gəlir Komitəsinin sabiq sədri Qaqik Xaçatryan və onunla əlbir olmaqda şübhəli bilinən şəxslərin evlərində axtarış aparıb.

Qaqik Xaçatryan və Dövlət Gəlir Komitəsinin sabiq yüksək vəzifəli məmuru Karen Xaçatryan vəzifədən sui-istifadədə ittiham edilərək həbs olunublar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: APA