Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Ənvər Seyidovun iddiası əsasında məhkəmə başladı

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidovun iddiası əsasında məhkəmə iclası başlayıb. 

E-huquq.az xəbər verir ki, hakim Miminat Hacıbəyovanın sədrliyi ilə keçirilən prosesdə sənədlər araşdırılıb. 

Məhkəmənin baxış iclası sentyabrın 17-nə təyin edilib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ə.Seyidov pensiyasının artırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Əmək və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsini məhkəməyə verən keçmiş hakim pensiyasının düzgün hesablanmasını istəyir.

Ə.Seyidov bu il təqaüdə göndərilib.

Xatırladaq ki, bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi Azər Orucov da Dövlət Sosial Fondunun Nəsimi Rayon Şöbəsini məhkəməyə verib. O, pensiyasının miqdarından narazı olduğu üçün məhkəməyə müraciət edib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi A.Orucovun iddiasını təmin edib.

A.Orucov ötən ilin əvvəlində yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. 

Xatırladaq ki, Azərbaycanda məhkəmə hakimlərinin maaşı minimum 1500 manatdan başlayır.