Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Əmək müqaviləsinin müddəti nə qədər olmalıdır?

İşəgötürənlə işçi arasında imzalanan əmək müqaviləsi ilə bağlı tələblər Azərbaycan Respublikası Əmək Məcəlləsində əksini tapıb. 

E-huquq.az-ın məlumatına görə, Əmək Məcəlləsinin 45-ci maddəsində əmək müqaviləsinin müddəti haqqında izahat verilib. Göstərilir ki, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.  Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 

 

CoronaVirus CoronaVirus