Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Elşad Hacıyev: Vətəndaş məmnunluğunun təmin olunması polisin fəaliyyətində başlıca prinsiplərdəndir

Üzərimizə düşən vəzifələrin yerinə yetirilməsində şəxsi heyətin hazırlığı, xidmət intizamı həlledici rol oynayır.

E-huquq.az-ın məlumatına görə, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ictimai qaydanın, cinayətkarlıqla qətiyyətli mübarizədə insan hüquq və azadlıqlarının qorunması və vətəndaş məmnunluğunun təmin olunması polisin fəaliyyətində başlıca prinsiplərdəndir.

E.Hacıyev qeyd edib ki, bu istiqamətdə şəxsi heyətin müasir dövrün çağırış və təhdidlərinə uyğun olaraq, icra intizamının yüksəldilməsi, bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə metodiki təlimlər keçirilməsi, xidmətin nümunəvi aparılması diqqət mərkəzindədir: “Polisin hər gün təlimatlandırılması, vətəndaşlara qarşı münasibətdə diqqətli olması, qanunvericiliyin tələblərinə uyğun kompleks tədbirlər tərəfimizdən davam etdirilir”.