Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Əli Əhmədov: "Məhkəmə-hüquq sahəsində ciddi islahatlar həyata keçirilir"

"Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə genişmiqyaslı islahatlar həyata keçirilir. Məqsəd Azərbaycanın bütün sahələrini inkişafın keyfiyyətcə yeni mərhələsinə gətirib çıxarmaqdır". 

E-huquq.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - İcra katibi Əli Əhmədov REAL TV-yə müsahibəsində deyib. 

Onun sözlərinə görə, hazırda aparılan islahatlar  Azərbaycan hakimiyyətinin 3 qolundan ikisini əhatə edib: "İcra hakimiyyəti qolu islahatlara cəlb olunub. 2-ci qol - Məhkəmə-hüquq sahəsində ciddi islahatlar həyata keçirilir və bundan sonra da həyata keçiriləcək. Söhbət Azərbaycanın məhkəmə sisteminin təkmilləşdirilməsi və müasir dünyanın dəyərləri sisteminə üzvi surətdə bağlanmasını təmin etməkdən gedir. 3-cü qol isə qanunverici hakimiyyətdir. Mən əminəm ki, islahatlar hakimiyyətin hər üç sahəsini əhatə edəcəkdir".