Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Ədliyyə Nazirliyi tərəfindən vətəndaş cəmiyyəti üçün təlimlər keçirildi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən Qəbələ şəhərində vətəndaş cəmiyyəti nümayəndələrinə “Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə qeyri-hökumət təşkilatlarının öhdəlikləri” adlı təlim keçirilib.

E-huquq.az xəbər verir ki, tədbir iştirakçılarına qeyri-hökumət təşkilatının daxili nəzarət sisteminin hazırlanması, məsul şəxsin və daxili auditorun təyin edilməsi, müştərilərin eyniləşdirilməsi, verifikasiyası və sair mövzularda mühazirələr oxunmuş, təqdimatlar keçirilib.

Təlimdə Ədliyyə Nazirliyinin əməkdaşları ilə yanaşı ekspert qismində Ədliyyə naziri yanında İctimai Komitənin üzvü Əliməmməd Nuriyev, həmin şəhərdə və ətraf rayonlarda fəaliyyət göstərən QHT nümayəndələri iştirak ediblər.

Oxşar tədbirlər Şirvan, Quba və Gəncə şəhərlərində də təşkil edilmişdir.