Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Ədalət mühakiməsinin keyfiyyətinin təmin edilməsi mövzusunda beynəlxalq forum keçirildi

Sentyabrın 18-də Qazaxıstanın Nur-Sultan şəhərində “Ədalət mühakiməsinin keyfiyyətinin təmin edilməsi: qlobal çağırışlar və ən yaxşı təcrübə” mövzusunda beynəlxalq forum keçirilib. 

Ali Məhkəmənin hakimi Sənan Hacıyev e-huquq.az-a açıqlamasında deyib ki, forumda dünyanın müxtəlif ölkələrindən olan 900-dən artıq nümayəndə iştirak edib: 

“Bunların 250 nəfərini Qazaxıstan hakimləri, digərlərini isə ABŞ-dan Avstraliyaya qədər müxtəlif ölkələrdən olan məhkəmə sistemində fəaliyyət göstərən hakimlər, eyni zamanda məhkəmə idarəçiliyində çalışan şəxslər, CEPEJ-in prezidenti, Avropa Şurası Hakimlərinin Məşvərət Şurasının sədri, hüquq sahəsində fəaliyyət göstərən professorlar və məşhur elm adamları təşkil edirdi”. 

S. Hacıyev qeyd edib ki, forumda Azərbaycan üçün bir neçə sevindirici hal yaşanıb: “Bu ondan ibarətdir ki, forumda açılış nitqi ilə CEPEJ-in prezidenti Ramin Qurbanov çıxış edib və tədbirin ilk moderatoru olub. Eyni zamanda qeyd olunmalıdır ki, panel müzakirələrində Azərbaycan əsilli, Halle Universitetinin professoru Azər Əliyev iştirak edib. Bu da Azərbaycanın artıq böyük forumlarda öz mövqeyini nümayiş etdirdiyini bir daha təsdiq edir”.