Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Dövlət Xidmətlərinin Elektron Reyestrinə yeni məlumatlar daxil edilir

Nazirlər Kabineti “Dövlət Xidmətlərinin Elektron Reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edib.

E-huquq.az-ın məlumatına görə, dəyişiklikliyə uyğun olaraq, Elektron Reyestrin yeni bir bölməsi yaradılıb.

Qərarla Reyestrin bölmələrinə “Vahid “G2B” (dövlət-biznes) elektron reyestrinin təşkili və fəaliyyətinin təmin edilməsi də daxil edilib.

Yeni bölməyə dövlət qurumlarının mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlər barədə məlumatlar və verdikləri hüquqmüəyyənedici sənədlər daxil edilir.