Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Dövlət qulluğu üzrə müsahibədə uğur qazanmış 70 namizəd müxtəlif vəzifələrə uyğun bilindi

Ümumilikdə 10 dövlət orqanında 158 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 12-də elan olunmuş müsabiqənin müsahibə mərhələsi davam edir.

DİM-dən e-huquq.az-a verilən xəbərə görə, sentyabrın 10-u saat 14:40-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmiş şəxslərdən 70 nəfər uğur qazanıb. Onlardan 33 nəfər Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində, 25 nəfər Əmlak Məsələləri Dövlət Komitəsində, 5 nəfər Əqli Mülkiyyət Agentliyində, 4 nəfər Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, 2 nəfər İsmayıllı Rayon Məhkəməsində, 1 nəfər isə Şirvan Apelyasiya Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

İyulun 29-dan başlanan müsahibələr noyabrın 5-də yekunlaşacaq. Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Mədəniyyət Nazirliyi (54 vəzifə) tərəfindən çıxarılıb.

Xatırladaq ki, müsahibədə iştirak üçün sənəd qəbulu iyulun 12-də başa çatıb və 2163 namizəd qeydiyyatdan keçib.