Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Dövlət Gömrük Komitəsi büdcəyə ödənişləri artırıb

Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 395,211 milyon manat vergi və rüsumlar daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,088 milyon manat və yaxud 4,5% çoxdur.

DGK-dən e-huquq.az-a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 17,550 milyon manat və yaxud 18,8% artaraq 110,802 milyon manat olub.

Həmçinin ƏDV üzrə daxilolmalar 1,175 milyon manat və yaxud 0,4% artaraq 264,861 milyon manat, aksizlər üzrə daxilolmalar 709 min manat və yaxud 4,3% azalaraq 15,831 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 928 min manat və yaxud 20% azalaraq 3,717 milyon manat təşkil edib.