Mirzayev&Partners
    16 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

DİN Xızıdakı yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, oktyabrın 10-da saat 11 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində rayon sakini T.Allahverdiyev idarə etdiyi “VAZ 2107” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini İ.Qasımovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub.

Nəticədə T.Allahverdiyev və sərnişinləri olan anası Lalə Məmməd qızı və arvadı Nazilə Süleymanova hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.