Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

DİN Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, dekabrın 1-də saat 20 radələrində Şəmkir şəhəri ərazisində şəhər sakinləri T.Abdıyevin idarə etdiyi “Mitsubishi Pajero” və Vüqar Orucovun idarə etdiyi “VAZ-21013” markalı avtomobillər toqquşub. 

Nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və sərnişinlərindən qardaşı Dilqəm, onun arvadı Rəsmiyyə, qızı Nübar, həmyerlisi Hədiyyə Əliyeva hadisə yerində ölüblər. Daha 1 sərnişin və digər sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şəmkir rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.