Mirzayev&Partners
    26 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

DİN polis əməkdaşının narkotiklə saxlanılması barədə yayılan məlumatlara münasibət bildirdi

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşının narkotik vasitə ilə saxlanılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

E-huquq.az-ın xəbərinə görə, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Toğrul Nəsirli “Report”a açıqlamasında qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, Salyan RPŞ-nin əməkdaşı olmuş Fərid Hüseynov bir müddət əvvəl öz istəyi ilə daxili işlər orqanlarında xidmətdən xaric edilib: “Hazırda yazılan məlumatlarla bağlı araşdırma aparılır”.

Qeyd edək ki, sosial şəbəkələrdə Salyan RPŞ-nin əməkdaşı F.Hüseynovun Sabirabad RPŞ əməkdaşları tərəfindəön saxlanıldığı, onun üzərindən narkotik vasitə götürüldüyü ilə bağlı məlumat yayılıb.