Mirzayev&Partners
    12 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

DİN ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Hacıqabulda ölümlə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, oktyabrın 13-də saat 18 radələrində Hacıqabul şəhəri ərazisində Quba rayon sakini İ.İsrafilovun idarə etdiyi “Mercedes” və Füzuli rayon sakini Qəfər Hüseynovun idarə etdiyi “KamAZ 5320” markalı avtomobillər toqquşub.

Nəticədə xəstəxanaya yerləşdirilən Q.Hüseynov orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.