Mirzayev&Partners
    16 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

DİN bu avtomobillərini satışa çıxarır - Siyahı

Bu ilin noyabrın 12-də Daxili İşlər Nazirliyinin (DİN) balansında olan avtomobillər hərraca çıxarılacaq.

E-huquq.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin keçirəcəyi hərracda müştərilərə ümumilikdə dörd avtomobil təqdim ediləcək.

Nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının 2006-cı ildə istehsal olunmuş “BMW 320” maşınının start qiyməti 8000 manat olacaq.

2008-ci il buraxılışlı “QAZ-31105”in ilkin 2000 manata təklif ediləcək.

Həmçinin, 2008-ci il istehsalı olan “Mercedes Benz E500” 10000 manata, 2007-ci il buraxılışlı “FIAT Doblo” isə 3500 manata (hər ikisinin start qiymətidir) təklif olunacaq.

Mənbə: Oxu.az