Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Dərman preparatlarını avtomobilin döşəməsində gizlədərək gömrükdən keçirmək istəyən şəxs saxlanıldı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Sadıxlı" gömrük postunda Gürcüstandan idarə etdiyi "Volkswagen Sharan" markalı avtomobil ilə gələn həmin ölkə vətəndaşı saxlanılıb və nəqliyyat vasitəsi yoxlanılıb.

Dövlət Gömrük Komitəsindən e-huquq.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin döşəmə hissəsində xüsusi hazırlanmış yerdə gizlədilən 10770 həb "Captospes+h", 100 flakon "Pred forte 1% 5ml", 2520 həb "Xarelto 20 mg", 99 ampula "Proluton 500 mg/2ml", 1050 həb "Cyclo-Progynova", 1080 həb "Triplixam 10 mg", 2220 həb "Triplixam 5mg", 250 həb "İsoptin", 10 ampula "Neuroblock B12", 2 qutu "Desmopressin", 6 ampula "Kardiovit", 8 ədəd "Dostneks 0,5 mg" adlı dərman preparatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.