Mirzayev&Partners
    23 Fevral
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Deputat: "Parlament məhkəmə-hüquq sistemi ilə bağlı yeni qanunlar qəbul edə bilər"

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Fərmanda ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Bəs görəsən bu çərçivədə Milli Məclisin payız sessiyasında məhkəmə-hüquq sistemi sahəsində hansı qanun layihələrinin, sənədlərinin müzakirəyə çıxarılacağı gözlənilir?

Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı məsələ ilə bağlı  e-huquq.az-a açıqlama verib.

Onun sözlərinə görə, Milli Məclisin payız sessiyasının gündəliyi hələ açıqlanmayıb: “Payız sessiyasının gündəliyi açıqlandıqdan sonra bu barədə məlumat veriləcək”. 

Millət vəkili qeyd edib ki, sözügedən Fərmanla əlaqədar qanunvericilikdə müəyyən dəqiqləşdirmə işləri aparılacaq: “Bununla bağlı yeni qanunlar qəbul oluna bilər. Sözsüz ki, qanunvericilikdə müəyyən dəqiqləşdirmələr olacaq. Lakin payız sessiyasının gündəliyi açıqlanmadığına görə məsələ ilə bağlı hansı qanun layihələrinin və ya sənədlərinin müzakirəyə çıxarılacağını indidən deyə bilmərəm”.

 

Məftun Salmanov