Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Deputat: “Məhkəmə qərarlarının icrası sahəsində kifayət qədər problemlər var”- VİDEO

“Məhkəmə qərarlarının icrası sahəsindəki problem aradan qaldırılmalıdır”.

Bunu e-huquq.az-a müsahibəsində deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı deyib. 

Deputat təklif edib ki, məhkəmə qərarlarının icrasına məsul olan icraçı məmurların səlahiyyətləri artırılmalıdır. 

“Bildiyimiz kimi məhkəmə qərarlarının icrası istənilən qurum tərəfindən həyata keçirilməyəndə həmin qurumun özü və rəhbərliyi cinayət məsuliyyətinə cəlb edilir. Hesab edirəm ki, bu mexanizm də güclənməlidir. Bundan sonra məhkəmə qətnamələrinin yerinə yetirilməsində intensivlik artar. Burada problemlər mövcüddur. Güman edirəm ki, məhkəmə-hüquq sistemində aparılan islahatların özündə bu çatışmazlıq da yer alacaq və buradakı mövcud durum aradan qaldırılacaq”, - deyə, F. Ağamalı əlavə edib.