Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Daşkənddə insan hüquqları ilə bağlı seminarda Azərbaycan da iştirak etdi

Özbəkistan Hökuməti, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) insan hüquqları üzrə müstəqil daimi Komissiyası, BMT-nin insan hüquqları üzrə Ali Komissarlığı Daşkənddə “Dinc və demokratik cəmiyyət və sabit inkişaf naminə gənclərin hüquqlarının qorunması” adlı seminar keçirib.

E-huquq.az xəbər verir ki, seminarda dünyanın 50 ölkəsindən insan hüquqları üzrə mütəxəssislər, ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Ölkəmizi bu tədbirdə İƏT-in müstəqil daimi insan hüquqları Komissiyasının üzvü, Azərbaycanın Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təmsil edib.

Tədbirdə gənclərin hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər formalaşdırılıb, gənclərin öz ölkələrinin sabit inkişafında yaxından iştirakı üçün yollar göstərilib.

Aydın Səfixanlı Azərbaycanda gənclər siyasəti sahəsində həyata keçirilən islahatlar, bununla bağlı dövlət proqramları, eyni zamanda, yeni təşəbbüslər haqqında məlumat verib və iştirakçı ölkələrə bu təcrübədən yararlanmağı tövsiyə edib.

A.Səfixanlı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumat verib, ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi ilə bağlı dörd qətnamə qəbul etdiyini, bu sənədlərin kağız üzərində qaldığını diqqətə çatdırıb. O vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməlidir.