Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişkiliyin edilməsi haqqında Qanun layihələri hazırlanıb

"Ədliyyə Nazirliyi, Ali Məhkəmə və Baş Prokurorluq tərəfindən Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişkiliyin edilməsi haqqında Qanun layihələri hazırlanıb".

E-huquq.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktoratlığının rəhbəri cənab Xristos Cakumopulosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Baş prokuror məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davamı olan Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanı barədə məlumat verib.

Z. Qaralov ölkə məhkəmələrinin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, elektron xidmətlərin göstərilməsi, hakimlərinin sayının artırılması və sosial müdafiəsinin yaxşılaşdırılması, sahibkarlıq fəaliyyəti subyektlərinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması, eləcə də cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində həmin Fərmanla verilmiş tövsiyə və tapşırıqlar barədə danışıb.