Mirzayev&Partners
    22 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Bu il şəhər prokurorluğu orqanlarına 8030 müraciət daxil olub, onlardan 2586-sı həll edilib

“Hesabat dövründə törədilmiş cinayətlər nəticəsində prokurorluqda, o cümlədən Bakı şəhər prokurorluğunun İstintaq idarəsində aparılan cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 7.579.457 manat maddi ziyandan 43.8 %-i yəni 3.316.706 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 19.337.628 manat maddi ziyandan 92 %-i yəni, 17.772.953 manatı istintaq zamanı ödətdirilib”. 

E-huquq.az-ın xəbərinə görə, bunu Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.  

O qeyd edib ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılmasının hər bir dövlət orqanının və məmurunun mühüm vəzifələrindən olması barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələri rəhbər tutularaq müraciətlərin obyektiv və vaxtında araşdırılması, müəyyən olunmuş cədvəl əsasında Bakı şəhər, rayon prokurorluqlarında, eləcə də yaşayış yerlərində vətəndaşların qəbullarının keçirilməsi daim diqqət mərkəzində saxlanılmış, şikayətləri döğuran səbəb və halların aradan qaldırılmasına, qanunvericiliyin tələblərinə uyğun olaraq ədalətli qərarların qəbul edilməsinə nəzarət və tələbkarlıq artırılıb: “Hesabat dövründə şəhər prokurorluğu orqanlarına 8030 müraciət daxil olub, onlardan 2586-ı həll edilib, o cümlədən 877 müraciət təmin edilib. 2019-cu ilin birinci yarımili ərzində 3997 vətəndaş qəbul edilib”.