Mirzayev&Partners
    18 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Bu il gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 22%-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 3 645,627 mln. manat təşkil edib.

DGK-dan e-huquq.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,4% çoxdur.

Son bir ildə gömrük rüsumları üzrə daxilolmalar 20,5% artaraq 909,323 mln. manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 21,5% artaraq 2 482,068 mln. manat, aksizlər üzrə daxilolmalar 46,55% artaraq 217,323 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 15,1% artaraq 36,913 mln. manat olub.