Mirzayev&Partners
    19 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Bu həftə deputatlığa namizədlərin təşviqatı başlayır

Bu həftə  Milli Məclisə seçkilər üzrə seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda qeyd edilib.

Bildirilib ki, yanvarın 17-dən qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər tərəfindən seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Seçkiqabağı təşviqatın aparılması 8 fevral saat 08:00-a qədər davam edəcək.

Qeyd edək ki, Azərbaycanda Milli Məclisə seçkilərin keçirilməsi bu ilin fevralın 9-na təyin edilib.