Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

"Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm" - Prezident Administrasiyasının yeni rəhbərindən ilk açıqlama

"Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin etmişdir. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir".

E-huquq.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edilən Samir Nuriyev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.

S.Nuriyev ona göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığını bildirib: "Bu etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".