Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

BŞBPİ: Sürücünün yol polisini təhqir etməsi ilə bağlı yayılan qalmaqallı video araşdırılır

Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, sosial şəbəkələrdə yol polisilə sürücü arasında yaranan mübahisənin təfərrüatları araşdırılır, araşdırmanın nəticəsilə bağlı geniş məlumat veriləcəkdir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etməsi prosesində polisin sürücü tərəfindən təhqir olunması barədə video yayılıb.