Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Xarici vətəndaşla nikahın pozulması: Uşaq kimdə qalmalıdır? 

Ölkəmizdə vətəndaşları narahat edən hüquqi məsələlərdən biri də boşanma prosesi ilə bağlıdır. Xüsusən boşanmaların sayının artdığı son dövrlərdə bununla bağlı suallar da artmaqdadır. 

E-huquq.az problemin aktuallığını nəzərə alaraq, xarici ölkə vətəndaşından boşanma prosesi ilə bağlı bəzi suallara aydınlıq gətirməyə çalışıb:

Rusiya vətəndaşı ilə evli və bu nikahdan 10 aylıq körpəsi olan Azərbaycan vətəndaşı qadın boşanma üçün müraciət etdikdə, uşaq tərəflərdən hansında qalmalıdır? Boşandıqdan sonra ödəniləcək alimentin məğləği hansı ölkənin qanunlarına əsasən, müəyyənləşdiriləcək?

Vəkil Bəxtiyar Hacıyev bildirib ki, bu halda uşağın mənafeyi nəzərə alınaraq, anaya verilir: "Bu, birmənalı olaraq belədir".

Nikahın pozulması və yetkinlik yaşına çatmayan uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işə baxılmasına gəldikdə isə B.Hacıyev qeyd edib ki, mülki prosesual qanunvericiliyə əsasən, məhkəmə aidiyyəti məsələsinə ananın və azyaşlı uşağının yaşadığı yer üzrə baxılır.

O, məhkəmə qərarının icrasının Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsi vasitəsilə Rusiya Ədliyyə Nazirliyinin icra qurumlarına həvalə olunduğunu söyləyib.