Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Binəqədidə yeniyetməni qətlə yetirən gəncin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ağaramazan İsmayılovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, A.İsmayılovun apellyasiya şikayəti qismən təmin edilib.

Belə ki, onun 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 6 aya endirilib.

Qeyd edək ki, qətl hadisəsi 2018-ci ilin iyun ayında Binəqədi rayonunun Hökməli qəsəbəsində baş verib. 2000-ci il təvəllüdlü A.İsmayılov 2002-ci il təvəllüdlü Musa Babayevi söyüş üstündə bıçaqlayaraq qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin höküm ilə A.İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.