Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Beynəlxalq Bankın qadın əməkdaşının qətlinin bəzi təfərrüatları məlum oldu - YENİLƏNİB

Göygöldə törədilmiş qətllə bağlı bəzi təfərrüatlar məlum olub.

E-huquq.az xəbər verir ki, qətlə yetirilən Günay Cəlili Beynəlxalq Bankın Gəncə fililanda aparıcı mütəxəssis vəzifəsində çalışıb.

Onun həyat yoldaşı illər öncə xəstəlikdən dünyasını dəyişib və qadın atası və ovladları (bir oğlu və qızı -red) ilə birlikdə Üçtəpə kəndindəki ər evində (yarıtikili -red) yaşayırmış. Hadisə zamanı evdə qadınla birlikdə bibisi və övladları olub. Qətlin gecə saat 4 radələrində törədildiyi deyilir. Kənd sakinlərinin bildirdiyinə görə, Günay Cəlilinin qaldığı ev kəndin kənarında yerləşir və bu günə kimi onun haqqında heç bir pis söz, şayiə eşidilməyib.

Qeyd edək ki, cinayəti törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini Orxan Məmmədov qadının çalışdığı bankda mühafizəçi işləyib. O, hadisəni törətdikdən sonra qaçıb. Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən O.Məmmədovun axtarışları davam etdirilir.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Mənbə: Report

XXX

Göygöl rayonunda qətl hadisəsi olub.

E-huquq.az-ın məlumatına görə, rayonun Üçtəpə kəndində təqribən 30-35 olan Cəlili Günay Yusif qızı yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

G.Cəlilli Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan adlı şəxs də həmin bankda mühafizəçi işləyir. Qadının iki övladı qalıb. Həyat yoldaşının illər öncə rəhmətə getdiyi bildirilir. Qadın övladları və bibisi ilə birgə yaşayırmış.

Hadisənin dəqiq baş vermə səbəbləri Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Mənbə:Report