Mirzayev&Partners
    15 Dekabr
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Bələdiyyə seçkilərində iştirak edən siyasi partiyaların sayı - AÇIQLANDI

"Dekabrın 23-ü keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək partiyaların sayı 13-dür".

E-huquq.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki. həmin siyasi partiyaların səlahiyyətli nümayəndələri qeydiyyata alınıb:

"Seçkilərə qatılan və qeydə alınan namizədlərin təxminən üçdə biri siyasi partiyaların namizədləridir. Siyasi partiyaların fəallığı, seçkilərdə fəal iştirak etməsi yaxşı göstəricidir".

Qeyd edək ki, bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyası (YAP), Azərbaycan Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Demokrat Maarifçilik Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Ümid Partiyası, Ana Vətən Partiyası və Vətəndaş Həmrəyliyi Partiyası, Vəhdət Partiyası və Azərbaycan Respublikaçılar Partiyası bələdiyyə seçkilərində iştirak üçün müraciət edib və onların nümayəndələri qeydə alınıb.