Mirzayev&Partners
    22 Yanvar
    Baku
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8841
    0.0266
    0.2955
AZ
RU

Bankın keçmiş filial rəhbərinin cinayət işi yenidən araşdırlacaq

Ali Məhkəmədə dələduzluq və mənimsəmədə təqsirləndirilən Nailə Maşayevanın barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

E-huquq.az xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı qərar ləğv edilib. İş baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilib. 

İttiham aktına əsasən, N.Maşayeva 2003-2016-cı illər arasında ləğv prosesində olan “Atrabank” ASC-nin Sumqayıt filialının müdiri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaşa qarşı dələduzluq edib, həmçinin bankın pulunu da mənimsəyib.

Belə ki, o, filialın müştərisi olan Qəribə Babayevanı bankda depozitə pul qoyaraq yüksək faizlə gəlir əldə edəcəyini yalandan vəd edib, ümumilikdə 9550 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. 

Bundan başqa, N.Maşayeva həmin vəzifədə işləyərkən Q.Babayevanın depozit hesabına mədaxil olunmuş 15000 manat məbləğində pul vəsaitinin 6000 manatını işlədiyi bankın filialında müştərinin oxşar imzası ilə xəzinədardan alıb.

Həmçinin o, müştəri Q.Babayevanın iştirakı olmadan onun adına kredit rəsmiləşdirməyi filialın kredit şöbəsinə tapşırıb və qadının adına 11731 manat məbləğində pulu xəzinədardan alaraq ələ keçirib.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə N.Maşayeva 3500 manat məbləğində cərimə edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.  

Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin edib, birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişdirib. 

N.Maşayeva 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilib və 3500 manat miqdarında cərimə cəzası saxlanılıb.