Mirzayev&Partners
    20 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Müştəri bank tərəfindən hesabına səhvən köçürülən pulu geri qaytarmaya bilərmi?

Redaksiyamıza müraciət edən bank əməliyyatçısı bildirib ki, müştərinin hesabına 100 manat əvəzinə səhvən 1000 manat köçürüb. Müştəri də öz növbəsində həmin pulu xərcləyərək onu geri qaytarmaqdan imtina edir. Belə olan halda əməliyyatçı səhvən göndərdiyi məbləği vətəndaşdan necə geri ala bilər?

Məsələ ilə bağlı e-huquq.az-açıqlama verən Əkrəm Həsənov bildirib ki, hesabına səhvən pul göndərilən vətəndaş əsassız varlanmış hesab olunur. O deyib ki, əsassız varlanma olduğuna görə bank vətəndaşdan pulun qaytarılmasını tələb etməlidir: “Əgər vətəndaş artıq köçürülən pulu qaytarmaqdan imtina edirsə, bu zaman bank məhkəmə qaydası ilə ondan pulu tələb edə bilər”. 

Ə. Həsənov analoji problemin xaricdə necə tənzimləndiyinə dair məlumat verərək qeyd edib ki, məsələn, İngiltərədə, ümumiyyətlə ingilis hüququnun tətbiq edildiyi ölkələrdə bankın səhvi ucbatından müştərinin bank hesabına artıq məbləğ köçürülərsə və məbləğ hiss olunacaq dərəcədə olmasa, üstəlik vətəndaş həmin pulu xərcləyərsə, ingilis məhkəməsi pulu ondan geri tələb etmir: “İndiki halda artıq məbləğ 10 manat olsaydı onu keçmək olardı. 900 manat hiss olunacaq məbləğ olduğuna görə, vətəndaş həmin pulu qaytarmalıdır”.

Bank rəhbərliyinin səhvən artıq pul göndərən əməliyyatçıdan həmin məbləği tələb edib-edə bilməyəci məsələsinə gəlincə, vəkil diqqətə çatdırıb ki, bank yalnız bir halda artıq göndərilmiş pulu işçidən ala yaxud onun məvacibindən tuta bilər: “Vətəndaş artıq köçürülmüş pulu qaytarmasa, bank onu öz işçisindən ala bilər. Həmin vətəndaş ölərsı, yaxud bankın məhkəməyə verdiyi vətəndaşın pulu yoxdursa, o zaman bank rəhbərliyi artıq köçürülmüş pulu əməliyyatçıdan tələb edə bilər və bu qanunidir. Bank hətta məhkəməyə çəkdiyi xərcləri də öz işçisindən tələb etmək haqqında sahibdir”.