Mirzayev&Partners
    20 Avqust
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Bank olmayan Kredit Təşkilatı sığorta şirkətini məhkəməyə verdi

“Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatı "Atəşgah Həyat" Sığorta Şirkətini məhkəməyə verib.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən QSC 584 manat sığorta ödənişi məbləğinin cavabdehdən tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edib ki, Bank olmayan Kredit Təşkilatının iddia ərizəsi qaytarılmalıdır.

Məhkəmə tərəfindən müəyyən edilib ki, "Aqrarkredit" tərəfindən 584 manat sığorta ödənişinin tutulması barədə tələb irəli sürüldüyü halda iddia ərizəsinə 20 manat dövlət rüsumu ödənilməsi barədə qəbz əlavə olunub.

“Dövlət rüsumu haqqında” qanununa əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilir.

Göründüyü kimi, hazırkı iddia tələbi üzrə qanunla ödənilməli olan dövlət rüsumu 30 manat məbləğində olduğu təqdirdə, iddiaçı tərəfindən yalnız 20 manat məbləğində dövlət rüsumu ödənilib.

Buna görə də məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması barədə qərar çıxarıb.