Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Bank kredit borcu olan müştərinin iş yerinə zəng edib şikayət edə bilərmi?

Banklara kredit borcu olan müştərilərin ən çox narazı qaldıqları məsələlərdən biri də kredit borcunun vaxtında qaytarılmadğı zaman banklar tərəfindən onlara və zaminlərə tez-tez zənglərin daxil olmasıdır. Bəs görəsən bankların  kredit borcu olan müştərilərin iş yerlərinə zəng edib müdiriyyətə şikayət etmək haqqı varmı?

Məsələ ilə bağlı vəkil Vüqar Babayevə müraciət etdik.

Vəkil e-huquq.az-a bildirib ki, bankın kredit borcu ilə əlaqədar müştərinin iş yerinə zəng edib şikayət etməyə hüququ yoxdur: “Bu, qanunla da nəzərdə tutulmayıb. Çünki bu, bank sirri sayılır. Hər bir şəxsin kommersiya sirri mövcuddur”.

Onun sözlərinə görə, bank nümayəndəsi iş yerinə zəng edib ancaq müştərinin özü və ya zamini ilə danışa bilər: “Bank nümayəndəsi kredit borcu olan müştərinin iş yerindəki başqa şəxslərə zəng edə bilməz”.

V.Babayev qanunla nəzərdə tutulmadığına baxmayaraq, Azərbaycanda banklar tərəfindən müştərinin iş yerinə zəng edilib müdiriyiyyətə şikayət etmə hallarının ola biləcəyini istisna etməyib: “Eşidirik ki, bu cür hallar var. Bununla belə, mənim təcrübəmdə belə hallara rast gəlinməyib”. 

Vəkil diqqətə çatdırıb ki, ümumiyyətlə, bank borclunun özündən və onun zaminindən başqa şəxsə zəng etməli deyil: “Ailənin digər üzvlərinin bu işə heç bir aidiyyəti yoxdur. Əgər müştəri ödəniş etməkdən, müqavilə şərtlərini yerinə yetirməkdən imtina edirsə, o zaman bank məhkəməyə müraciət edə bilər”. 

 

Məftun Salmanov