Mirzayev&Partners
    AzGranata
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8839
    0.0266
    0.2842
AZ
RU

Bakıda növbəti Vəkil Bürosunun açılışı oldu

Noyabrın 12-də Bakı şəhəri 20 saylı Vəkil Bürosunun təntənəli açılışı olub.

E-huquq.az xəbər verir ki, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun açılışı Azərbaycan vəkilliyinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq həyata keçirilməkdədir.

Açılışda Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Rəyasət Heyətinin və Kollegiyanın digər orqanlarının üzvləri iştirak ediblər. 

Açılış nitqi ilə çıxış edən Anar Bağırov vəkil bürosunun keyfiyyətli təmiri ilə yanaşı, onun maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə həmin vəkil qurumunun kompüter və digər zəruri avadanlıqlarla ən yüksək səviyyədə təmin edilməsini və son nəticədə görülmüş işlərin vətəndaşların keyfiyyətli hüquqi xidmətləra çatımlılığına xidmət etdiyini vurğulayıb.

Vəkil bürosu konfrans zalı, konfidensial otaq, qəbul masası, vəkillərin fəaliyyəti üçün geniş sahəyə malik iş otağı olmaqla, növbətçi vəkil masası, qonaq vəkil masası, mətbəx, sanitar qovşaqlar və digər şəraitlə təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamına uyğun olaraq bütün vətəndaşlar, habelə təşkilati hüquqi formasından asılı olmayaraq regionda yerləşən bütün idarə və təşkilatlar Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hüquqi yardım üzrə xidmətlərindən yararlanmaq imkanına malikdirlər.

CoronaVirus CoronaVirus