Mirzayev&Partners
    15 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Bakıda məcburi köçkünü bıçaqlayan gəncə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmada təqsirləndirilən Vüqar Rəsulovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Bakının Xətai rayonunun Telnov küçəsində baş verib.

Belə ki, köhnə uşaq bağçasında yaşayan məcburi köçkün, 1976-cı il təvəllüdlü Mehdiyev Mahir Məhəmməd oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Döş qəfəsindən bıçaqlanan yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

Daha sonra hadisəni törətmiş 2001-ci il təvəllüdlü V.Rəsulov şübhəli şəxs qismində saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.  

İmamət Əsgərov