Mirzayev&Partners
    16 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Bakıda külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən e-huquq.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Əldə edilmiş məlumat əsasında 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini E.Heydərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi şəxs də müəyyən edilib.

E.Heydərova narkotik vasitəni satmaqda şübhəli bilinən Binə qəsəbə sakini E.Nurəliyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Əməliyyat-axtarış tədbirləri ilə onun evindən çəkisi 250 qramdan artıq heroin, 176 qrama yaxın tiryək və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.