Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Bakıda ərini öldürən qadının şikayəti əsasında məhkəmə başladı

Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürməkdə təqsirləndirilən Vəfa Orucova barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 1-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 24-də baş verib. Bakı şəhər sakini Rövşən Musayev paytaxtın Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən V.Orucova saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Orucova 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.