Mirzayev&Partners
    14 Noyabr
    Baku
    19°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8800
    0.0267
    0.2953
AZ
RU

Bakıda dispanserdə pasiyenti bıçaqlayan şəxs apellyasiya şikayəti verdi

Bakıda dispanserində xəstə yoldaşını bıçaqlamaqda təqsirləndirilən Eltəkin Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

E-huquq.az-ın xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas avqustun 8-nə təyin edilib.

Şikayət hakim Vaqif Mursaqulovun sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkən qəsəbəsində yerləşən 9 saylı Ağciyər və vərəm Dispanserində baş verib. Orada müalicə alan E.Zeynalov dispanserin ikinci mərtəbəsində aralarında yaranan şəxsi münasibətlər zəminində digər xəstə Rafiq Eyvazovu bıçaqlayıb.

E.Zeynalovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham irəli sürülüb.  

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib.