Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Bakıda arvadını 18 bıçaq zərbəsi ilə öldürən şəxsə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. 

Hökmə əsasən, T. Qurbanov 9 il müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə 2019-cu il fevralın 11-də baş verib.

Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.

Araşdırma zamanı məlum olub ki, onu əri Tufan Qurbanov mətbəx bıçağı ilə 18 zərbə vuraraq qətlə yetirib. Daha sonra isə boğazını kəsib.

Cinayəti törətdikdən sonra polis bölməsinə təslim olan 49 yaşlı Tufan qətli namus üstündə törətdiyini deyib. O, xanımının başqa şəxslə əlaqəsinin olduğunu düşünüb.

 

Cavid Əmrahov