Mirzayev&Partners
    14 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Aptekdə əczaçını bıçaqla hədələyən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Emin Adilovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 9-na təyin edilib.

Qeyd edək ki, bu il Yasamal rayonu M.Həsənov küçəsində yerləşən apteklərdən birində əczaçı işləyən Hilal Həsənov Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinə müraciət edərək bildirib ki, tanımadığı şəxs ona bıçaqla hədə-qorxu gələrək obyektin kassasından 2000 manat pulu quldurluq yolu ilə ələ keçirərək hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən "isti" izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini E.Adilov saxlanılıb.

O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. 

E.Adilovun ərtafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyi məlum olub. 

Cinayət işində ümumilikdə 5 zərərçəkmiş var.