Mirzayev&Partners
    17 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Bakıda 9-cu Beynəlxalq Xəzər Enerji Forumu keçirilib

Bakıda "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" adlı konfrans keçirilib. 

E-huquq.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Energetika nazirinin müavini Elnur Soltanov, Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud, Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, xarici və yerli şirkətlərin rəhbərləri, iş adamları iştirak ediblər. 

Forumda çıxış edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib ki, bu gün Xəzəryanı dövlətlər arasında qarşıdurma və fikir ayrılığı yoxdur. O qeyd edib ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın qəbulu beynəlxalq ekspertlər, siyasətçilər tərəfindən çoxtərəfli diplomatiyanın böyük uğuru kimi səciyyələndirilir: "Bu konvensiya Xəzəryanı dövlətlərin nailiyyətidir”. 

Nazir müavini Elnur Soltanov isə bildirib ki, Azərbaycanda dövlət ekspertizası tələb olunan obyektlərin tikintisinə icazələrin alınmasına üçün yeni elektron sisteminin hazırlanması üzrə hazırlıq işləri aparılır.  Onun sözlərinə görə, Komitə tərəfindən aparılan bu işlər məmurların icazələrin verilməsi prosesində iştirakını azaldır, eyni zamanda bu, sahibkarın sərf edəcəyi vaxtı və xərclərin əhəmiyyətli dərəcədə təsir edəcək və nəticədə tikinti sahəsinin inkişafına yeni stimul verəcək.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin müavini Rüfət Mahmud çıxışında Bakı şəhərinin İnkişaf Konsepsiyasının əsas dörd prioritet inkişaf istiqamətlərinin təsdiq edildiyini diqqətə çatdırıb.

"Birinci prioritet davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt mərkəzlərin formalaşdırılmasıdır. Bildiyiniz kimi, Bakı şəhərində tək mərkəzlik formalaşmışdır. İndi isə o tendensiya dəyişib. Yəni, Bakının polisentrik şəhərə çevrilməsi prioritetdir. İkinci prioritet istiqamət – şəhər və ətraf mühitin generasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsidir ki, burada ekoloji təmizliyə xüsusi önəm veriləcək", - deyə R. Mahmud qeyd edib.

Hazırda forum çıxışlarla davam etdirilib.