Mirzayev&Partners
    16 Oktyabr
    Baku
    23°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8660
    0.0262
    0.2911
AZ
RU

Bakıda 1 milyonluq dələduzluq edən şəxsin apellyasiya şikayətinə baxıldı

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşən Əhmədovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, E.Əhmədovun apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, E.Əhmədov 8 nəfərə qarşı dələduzluq edib. O, ümumilikdə, 1 milyon manata yaxın maddi zərər vurub. Həmin məbləğin 800 min manatı E.Əhmədovun keçmiş müdiri Faiq Quliyevə məxsusdur.

Zərərçəkmişlərə ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən E.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

O, daha əvvəl də dələduzluq və quldurluq ittihamları ilə iki dəfə məhkumluq həyatı yaşayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.