Mirzayev&Partners
    20 Sentyabr
    Baku
    24°
    USD
    EUR
    RUB
    TRY
    1.7000
    1.8918
    0.0260
    0.3034
AZ
RU

Bakı sakinini öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Teymur Ağayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il hadisə mayın 13-də Bakı şəhərində baş verib.

Belə ki, Masallı rayon sakini 1986-cı il təvəllüdlü T.Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və kürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub. 

Nəticədə E.Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Cinayəti törədən T.Ağayev qaçıb gizlənib, daha sonra saxlanılıb.